“…sanki qohumlarımdan biri ölüb” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun uğursuz nəticələri fonunda ona göstərilən dəstəkdən danışıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis çox dəstək mesajı aldığını deyib:
“Telefonum dəstək mesajları ilə partlayır, sanki qohumlarımdan biri ölüb”.
“Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində lider “Real”dan 3 xal geri qalır. UEFA Çempionlar Liqasında Xavinin komandası C qrupunun üçüncü pilləsində qərarlaşıb və pley-off mərhələsinə yüksəlməmək riski ilə üzləşib.
“Barselona” son 4 qarşılaşmada bir qələbə, iki məğlubiyyət və bir heç-heçə əldə edib. Komanda son oyunda “el klasiko”da “Real”a uduzub (1:3).
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin