“Araz-Naxçıvan”ın ÇL oyunlarını idarə edəcək hakimlər bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarına təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmaları Fransa, Çexiya, Slovakiya və İspaniyadan olan referilər idarə edəcək:

Hakimlər: Chaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya), David Abtequya Urdanoz (İspaniya)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

26 oktyabr

Araz-Naxçıvan – Orebro (İsveç)

27 oktyabr

Loznika Qrad (Serbiya) – Araz-Naxçıvan

29 oktyabr

Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button