“Qarabağ” xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Komanda.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının 4-cü turunda Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan Azərbaycanın aktivinə daha 0,250 xal gətirib.

Cari mövsüm üzrə xal sayını 3.250-ə, son 5 mövsümdə isə 15.875-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,500 xalı var.

27.900 xalı olan Türkiyə 4 pilləlik sıçrayışla 14-cü sıraya yüksəlib. Əvəzində İsveçrə (27.675) 15-ci, Ukrayna (27.500) isə 16-cı pilləyə geriləyib.

Bundan başqa, Litva 9.750 xalla 40-cı yerə qalxıbsa, eyni xala malik Bosniya və Herseqovina 41-ci sıraya enib.

Siyahıya 96,141 xalla İngiltərə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button