ÇL oyunu tıxac səbəbindən gec başladı
UEFA Çempionlar Liqasının D qrupunun 3-cü turu çərçivəsində Fransada təşkil olunmuş “Olimpik” (Marsel) – “Sportinq” (Portuqaliya) oyununun startı gecikib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna qonaq komandanın şəhərdəki tıxac üzündən stadiona vaxtında çata bilməməsi səbəb olub.
Nəticədə görüş nəzərdə tutulan vaxtdan 22 dəqiqə gec başlayıb.
Hazırda matçda ilk hissə oynanılır və “Sportinq” hesabda öndədir – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin