Ata yedirdir, bala qol vurur
“Mançester Siti”nin hücumçusu Erlinq Haland mövsümün əvvəlindəki yüksək performansından danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, norveçli futbolçu buna səbəb olaraq atası Alf-İnqe Halandın hazırladığı yeməkləri göstərib:
“Hər ev oyunundan əvvəl mən atamın yeməklərini yeyirəm və bəhrəsini verir. Yəqin ki, xüsusi inqrediyent əlavə edir. Mən ona çətinliklə kömək edirəm. Əsasən divanda uzanıb, ona baxıram. Hər şey belə işləyir”.
22 yaşlı Haland bu mövsüm Premyer Liqada “Mançester Siti”nin heyətində 8 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin