“Özümə yeni ev tapdığım üçün xoşbəxtəm” – “Turan Tovuz”un legioneri
“Turan Tovuz”un Cənubi Afrika Respublikasından olan futbolçusu Siyanda Xulu Azərbaycan təmsilçisinə keçidi ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi hələlik karyerasını xaricdə davam etdirmək istədiyini bildirib:
“Özümə yeni ev tapdığım üçün xoşbəxtəm. İsrailin “Hapoel” (Təl Əviv) klubu ilə müqaviləm ləğv olunduqdan sonra da planım xaricdə qalmaq idi. Amma asan olmayacaq. Burada yeni mühit, mədəniyyət və liqa var. Ümid edirəm ki, mənim və “Turan Tovuz” üçün məhsuldar mövsüm alınacaq”.
Xatırladaq ki, “Turan Tovuz” avqustun 17-də Siyanda Xulu ilə bir illik müqavilə imzalayıb. Təcrübəli futbolçu bir neçə gün öncə Cənubi Afrika Respublikası millisinə dəvət alıb. O, Syerra Leone və Botsvana ilə oyunlar üçün yığmaya çağrılıb. Matçlar müvafiq olaraq, sentyabrın 24-də və 27-də keçiriləcək.
Bizi Facebook-da izləyin