Keyni ver, Lukakunu al
“Tottenhem”in hücumçusu Harri Keyn “Çelsi”yə keçə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “Çelsi”nin yeni baş məşqçisi Qrem Potter 29 yaşlı ingilis futbolçunun komandasına qoşulmasını istəyir. Keynin əvəzində “zadəganlar” hazırda “İnter”də icarə əsasında çıxış edən Romelu Lukakunu qarşı tərəfə təklif etməyə hazırdır.
Keyn bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb, 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin