Qvardioladan “Borussiya”nın futbolçusuna tərif
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin Dortmund “Borussiya”sı ilə oyunundan (2:1) sonra rəqibin yarımmüdafiəçisi Çud Bellingemi tərifləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Bellingemi əla oyunçu adlandırıb:
“İki mövsüm əvvəl Bellingemin 17 yaşı var idi. Məni o yaşda heyran etdi. Təsəvvür edin ki, o indi, 19 yaşında necədir. Müstəsna, əla oyunçudur. Düşünürəm ki, hamı bunu bilir”.
“Mançester Siti” – “Borussiya” matçında hesabı Bellingem açıb. 19 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 2 oyunda 2 qol vurub.
“Mançester Siti” 6 xalla G qrupunda 1-ci, “Borussiya” isə 3 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin