Keynin transferi üçün danışıqlar başladı
“Tottenhem”in hücumçusu Harri Keyn 2023-cü ilin yayında “Bayern”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu növbəti yay transfer pəncərəsində Münhen klubu üçün əsas hədəfdir. Artıq tərəflər arasında müzakirələr başlayıb. Keynin özü də “Bayern”ə keçidin əlehinə deyil.
Onun “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatır. İngilis hücumçu bu mövsüm “Tottenhem”in heyətində 6 oyunda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin