Uruqvaylı ulduz futbolçu ABŞ klubunda

Futbol üzrə Uruqvay milli komandasının sabiq müdafiəçisi Martin Kaseres özünə yeni klub tapıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonrakı karyerasını ABŞ-da davam etdirəcək.

O, MLS təmsilçisi “Los Anceles Qalaksi” ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu yeni klubu ilə bu ilin 31 dekabrına qədər müqavilə bağlayıb. Lakin tərəflərin bu müqavilənin müddətini daha 1 il müddətinə artırması da nəzərdə tutulub.

Kaseres son olaraq İspaniyanın “Levante” klubunun formasını geyinib. O, 2022-ci ilin yanvar ayında qoşulduğu klubdan bu yay azad agent kimi ayrılıb. Uruqvaylı müdafiəçi daha öncə “Defensor”, “Rekreativo, “Barselona”, “Yuventus”, “Sevilya”, “Sauthempton”, “Verona”, “Latsio”, “Fiorentina” və “Kalyari”nin də formasını geyinib. Kaseres Uruqvay millisində də 114 oyun keçirib və 4 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button