Rəşad Sadıqov: “Onların “Zirə”yə qayıtması mümkün deyil”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunda qol vəziyyətləri çox olmasa da, maraqlı oyun getdi. “Neftçi” irəli atıldı, biz də bundan yararlanıb qol vurmağa çalışdıq. Ancaq bizim əvəzimizə “Neftçi” fərqləndi. Ümumiyyətlə, bu mövsüm bizim üzərimizə gələn bütün zərbələr qolla nəticələnir. “Sabah”la, “Makkabi” ilə matçlarda da belə olmuşdu.

Oyun baxımından biz heç kimdən geri qalmırıq. Bəlkə də, ən çox yerli futbolçu ilə meydana çıxan mən olmuşam. Ümumiyyətlə, iddialı idmançıları sevirəm. O, qarşısına məqsəd qoymursa, o zaman bunu düşünməlidir. Təmkin Xəlilzadə və İlkin Muradov ardıcıl səhvlər edirsə, əməkdaşlıq dayandırılacaq. Onların yaxın müddətdə komandaya qaytarılması gözlənilmir. Ola bilsin ki, gələcəkdə onlarla hansısa əməkdaşlığım olsun. Ancaq indiki durumda onların “Zirə”yə qayıtması mümkün deyil. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra heç nə olmamış kimi evində istirahət edən futbolçu iddialı ola bilməz”.

Rəşad Sadıqov 3-cü turun “Sumqayıt”la oyununda baş verənlərə görə İntizam Komitəsinin ona xəbərdarlıq etməsinə də münasibət bildirib:

“Mən bu xəbərdarlıqdan bu gün matç vaxtı xəbər tutdum. Əslində mənim orada hakim Rəvan Həmzəzadəyə etiraz etmək fikrim olmayıb. Sadəcə, elə bildim ki, epizoda baxılmayacaq. Məndən başqa da orada etiraz edənlər vardı. Bir tək Rəşadın etiraz etdiyi görüldü. Mən də artıq bu xəbərdarlığı nəzərə alaram”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button