“Kəpəz”in zədəli legioneri sıraya döndü

“Kəpəz”in zədəli futbolçularından Mixeil Erqemlidze məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, körpücük sümüyünü zədələyən hücumçu tibb xidmətinin müsbət diaqnozundan sonra əvvəlcə fərdi halda hazırlıq keçib.

Daha sonra qrup şəklində məşqlərə qoşulub. Mixeilin həftəsonu “Səbail” ilə görüşdə oynayıb-oynamayacağı hazırlığından asılı olacaq.

“Neftçi” ilə oyunda zədələnən digər futbolçu Yeqor Xvalkonun isə müalicəsi davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button