“Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin?” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”la keçirilən Misli Premyer Liqasının 3-cü tur oyununun VAR hakimi Nicat İsmayıllıya müraciət edib.

Komanda.az xəbər verir ki, Sadıqov bununla bağlı özünün “instaqram” paylaşım edib. O, ədalət təmsilçisinin işindən narazılığını bildirib:

“79-cu dəqiqədə Məhəmməd Həmdui ilə Almir Aqanspahiçin toqquşmasına israrla penalti deyən, ondan bir saniyə əvvəl Sertan Taşkın və Vüsal İsgəndərli arasındakı mübarizədə qayda pozuntusunu baş hakimə göstərməyən VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmağı təklif edərdin. Yəni pauza yaranacaq deyə, narahat olmadığını oyunun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik və bir dəqiqə də bu epizoda getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu gördü, amma Nicat görmədi”.

Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button