“Hər şey qaydasındadır” – Qurban Qurbanov
“Hər şey qaydasındadır. Bizə təkcə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Viktoriya” (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Baş məşqçi komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:
“Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın 3-cü turundakı matç təxirə salınmışdı. Oyuna daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda, proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq”. (Report)
Avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı saag 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk oyunda hesab açılmayıb.
Bizi Facebook-da izləyin