Türkiyə millisinin keçmiş futbolçusu Avstraliya klubunda

“Beşiktaş”ın və Türkiyə millisinin sabiq üzvü Ersan Adem Gülümün yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Vestern Yunayted” klubuna transfer olunub. Bu barədə Avstraliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

2010-2016-cı illər aralığında “Beşiktaş”da forma geyinən Ersan, Türkiyə millisi ilə 7 qarşılaşmada iştirak edib. Müdafiəçinin son iş yeri Çinin “Hebey Fortuna” klubu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button