İslamiada: Azərbaycanın olimpiya çempionu medalsız qaldı
Azərbaycan taekvondoçusu Radik İsayev Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında medalsız qalıb.
Komanda.az xəbər verir ki, olimpiya, dünya, ikiqat Avropa çempionu, 4-cü İslam Həmrəylik Oyunlarının qalibi yarışdığı +87 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Baurcan Həsənovla bacarmayıb. Nəticədə, Dağıstan əsilli idmançı medalsız qalıb.
Dünən olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi də uduzaraq medal qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin