İslamiada: İsmayılova “bürünc” qazandı
Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı atlet iki hərəkətin cəmində 121 kq nəticə göstərib. O, birdən 54 kq, təkanla isə 67 kq ağırlığın öhdəsindən gəlib.
İndoneziyalı Hariron Siti Nafisatul 159 kq (71 + 88) nəticə ilə qızıl, türkiyəli Cansu Bektaş 151 kq (65 + 86) gümüş medala yiyələnib.
Nazilə İsmayılova Azərbaycana ağırlıqqaldırma növündə ilk, ümumilikdə isə 14-cü medalı qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin