Keçmiş komandasının formasını imzalamaqdan imtina etdi

“Çelsi”nin yeni transferi Rahim Sterlinq maraqlı addımla gündəmə gəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis hücumçu komandanın təlim-məşq toplanışı zamanı azarkeşlərdən birinin verdiyi “Mançester Siti”nin formasını imzalamayıb.

27 yaşlı Sterlinq 2015-2022-ci illərdə “Mançester Siti”nin futbolçusu olub. O, komandanın heyətində 337 oyun keçirib (131 qol, 94 məhsuldar ötürmə) və 12 kubok qazanıb. İyulun 13-də Sterlinqin 56,2 milyon avroya “Çelsi”yə transferi açıqlanıb. O, yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button