“Şamaxı” klubu bəyanat yaydı

Son günlər Azərbaycan idman mediasında “Şamaxı” klubundakı rəhbər dəyişikliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və o cümlədən qismən haqlı narazılıq ifadə edilir.

Komanda.az xəbər verir ki, bununla bağlı Premyer Liqa təmsilçisi mətbuat xidməti vasitəsilə rəsmi məlumat yayıb. Məlumatda bildirilir:

“Şamaxı Futbol Klubu” İctimai Birliyinin təsisçilərinin və idarə heyətinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və digər əlaqədar qurumlarda olan zəruri qeydiyyat prosedurları davam edir. Bu qeydiyyat prosedurlarının ilkin mərhələsi yekunlaşıb. Hal-hazırda “Şamaxı Futbol Klubu” İctimai Birliyinin idarə heyətinin yeni sədri kimi Elçin Arif oğlu Usub qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınıb. Müvafiq təsdiqedici sənədlər Ədliyyə Nazirliyi tərəfindən klubun hazırkı rəhbərliyinə 6 iyul 2022-ci il tarixində təqdim edilib.

Qanunvericiliyə uyğun olaraq bütün prosedurlar yekunlaşdıqdan sonra komandanın bütün heyəti, məşqçilər və oyunçular ilə əlaqədar son qərarlar veriləcək. Həmin qərarlar, habelə klubun yeni idarəetmə və inkişaf strategiyası ilə bağlı tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button