“Azərbaycanda yerli adətlərə və dini baxışlara hörmət etməli idim” – Qriqorçuk

Ukraynanın “Çernomorets” komandasının baş məşqçisi Roman Qriqorçuk sabiq klubu “Qəbələ”ni çalışdırdığı dönəmi xatırlayıb.

Komanda.az xəbər verir ki, o, Ukrayna mətbuatına müsahibəsində bunları söyləyib:

“Çernomorets”dən sonra Azərbaycana və Qazaxıstana səyahətlər başladı. 13 min əhalisi olan Qəbələ Azərbaycanın kiçik şəhəridir. Burada komandanın davamlı inkişafı və irəliləyişi sayəsində ardıcıl və iki dəfə dörd təsnifat mərhələsindən keçərək Avropa Liqasının qrup mərhələsində oynamağı bacardıq. Möhtəşəm illər keçirdik.

Deyə bilmərəm ki, haradasa yaxşı, haradasa pis idi. Bu, fərqli dünyagörüşləridir. Xarici ölkədə uyğunlaşmaq, yerli insanlarla ünsiyyət qurmağın düzgün yolunu tapmaq böyük təcrübədir. Axı hər bir xalqın özünəməxsus xüsusiyyətləri var. Bu baxımdan mən Azərbaycandakı fəaliyyətimə diqqət yetirmək istəyirəm. Müsəlmanlar üçün vacib olan Ramazan ayında oruc tutanda hamı, o cümlədən futbolçular gün batana qədər bütün günü heç nə yeyib-içmir. Bəs idmançı bütün günü yemək yeməsə, onun effektivliyi nə olacaq? Amma mən yerli adətlərə və dini baxışlara hörmət etməli idim”.

Xatırladaq ki, Qriqorçuk 2015-18-ci illər aralığında “Qəbələ”nin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button