Bakıda necə kef etməsindən danışdı – “23 min dollar maaş verirdilər”
Belarus millisinin keçmiş futbolçusu, “İnter”in (indiki “Şamaxı”) sabiq üzvü Mixail Makovski Azərbaycandakı günlərini xatırlayıb.
Komanda.az xəbər verir ki, “football.by” portalına danışan Makovski, paytaxt klubunda nə qədər qazandığından söz açıb:
“Ən yüksək maaşı harda almışam, Bakıda, yoxsa Kiyevdə? “Dinamo”da 1000 dollar qazanırdım. Ən yüksək maaşım isə “İnter”də idi. Orda mənə aylıq 23 min dollar maaş verirdilər.
Mükafatlar? Bunun Azərbaycanda necə olduğunu sizə deyim. “İnter” dörd gün istirahət verirsə, niyə Kiyevə uçaraq ailənizi görməyəsiz? Üstəlik, klub il ərzində 8 pulsuz uçuş təşkil edirdi. Qalib gəldiyiniz oyundan sonra Ukraynadan Bakıya qayıdırsız və bazada çarpayının üstündə zərf görürsüz. 500 dollar mükafat, hər şey lazım olduğu kimi. Amma ora o qədər istidir ki… Otaqda kondisioner yoxdursa, çox isti olur. Gündəlik iki məşqimiz olurdu, birincisi səhər saat 6-da, ikincisi axşam saat 10-dan sonra”.
45 yaşlı veteran futbolçu 2005/06 mövsümündə “İnter”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin