Azərbaycanın iki milli komandasının rəqibləri bilindi

17 və 19 yaşadək qadın futbolçular arasında 2023-cü il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, U-17 B Liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb.

Bu qrupun oyunları bu il 1 avqust-20 noyabr tarixlərində Slovakiyada baş tutacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.

U-19 isə B liqasının 1-ci qrupunda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button