“Mançester Siti” “Aston Villa”ya qəsdən uduzurmuş?
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çempionluq təntənəsi zamanı hər kəsi həyəcanlandıran zarafat edib.
Komanda.az xəbər verir ki, ispaniyalı məşqçi “Aston Villa” ilə oyunun gedişində qəsdən uduzduqlarını bildirib:
“0:2 əvvəlcədən planlaşdırılmışdı. Sakit olun, sakit olun, bu, zarafatdır. Biz qol vurandan sonra isə hər şey heyrətamiz idi. Əla gecə oldu.
Hamı bilir ki, baş verənlər inanılmaz bir nailiyyətdir. İngiltərə çempionatı ən çətin çempionatdır və “Mançester Siti”də olduğumuz 6 ildə 4 dəfə qalib gələ bildik. İnsanların üzündəki xoşbəxtlik əldə edə biləcəyimiz ən böyük mükafatdır”.
“Mançester Siti” Premyer Liqanın son turunda “Aston Villa” ilə qarşılaşmada 0:2 hesabı ilə geridə olsa da, sonradan 3 qol vuraraq çempion olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin