Mövsümün antirekordu
Azərbaycan Premyer Liqasının 26-cı turunda cəmi 5 qol vurulub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, 4 oyunun keçirildiyi turda məhsuldarlıq 1,25-ə bərabər olub. Bu, mövsümün antirekordudur.
“Səbail” – “Sabah” (0:2) və “Sumqayıt” – “Şamaxı” (2:0) görüşlərinin hərəsində iki, “Qəbələ” – “Neftçi” (1:0) qarşılaşmasında bir qol vurulub. “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.
Bunadək mövsümün antirekordu 17-ci turda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin