600-cü qol
“Şamaxı” Premyer Liqada 600-cü qolu buraxıb.
Komanda.az xəbər verir ki, bu, 23-cü turun “Qarabağ”la səfər oyununa təsadüf edib.
0:8 hesabı ilə uduzan bölgə təmsilçisinin 45+2-ci dəqiqədə buraxdığı 7-ci top klub tarixinə buraxılan 600-cü qol kimi düşüb. Bu topun müəllifi Kadi Borges olub.
1999-cu ildən yüksək dəstədə “Xəzər Universiteti”, “İnter”, “Keşlə” və “Şamaxı” adları altında çıxış edən komanda 616 matçda 601 qol buraxıb. Bunlardan 238-i evdə, 363-ü səfərdə qeydə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin