
Ronaldo telefonunu qırdığı azarkeşdən üzr istədi – FOTO
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo “Everton”la Premyer Liqa matçından sonra sındırdığı telefona görə azarkeşdən üzr istəyib.
Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı portuqaliyali hücumçu “instaqram” hesabında yazıb.
“Qırmızı şeytanlar”ın 0:1 hesabı ilə məğlub olduğu səfər matçının ardından Ronaldo paltardəyişmə otağına yollandığı vaxt azarkeşin əlindən vuraraq, telefonunu yerə salıb. Ronaldo belə anlarda emosiyalara hakim olmağın heç də asan olmadığını bildirib:
“Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi “Old Trafford” stadionundakı oyunumuza dəvət edirəm”.
“Mançester Yunayted” Premyer Liqada 31 oyundan sonra 51 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Facebook-da izləyin



