“İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Kubok iki oyundan ibarətdi. İlk 45 dəqiqəni bitirdik. Oyuna yaxşı hazırlaşmışdıq. Sevindirici haldı ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi, sona qədər mübarizə apardı. İkinci oyunumuz hələ qabaqdadı. Futbolçulara, azarkeşlərə təşəkkür edirəm.
- Nədən razı, nədən narazı qaldız?
- “Qarabağ”la oyuna bu müdafiə ilə çıxanda, bizi qınadız. Dünən Rail Məlikov məşqdə zədələndi. Arif Daşdəmirovun cəzası var idi. Böyük ölçüdə qapımızda qol epizodu olmadı. Narazı ondan qala bilərəm ki, qol epizodları oldu, ancaq dəyərləndirə bilmədik.
- Rəqibin heyətində olan legionerlərin 25 faizi sizdə olsaydı, daha ümidli danışardızmı?
- Bura gələndə məni nəyin gözlədiyini bilirdim. Legioner gətirməklə, siğortalamırıq ki, Avropaya gedəcəyik. Bəli, üstünlükdü. Bizim isə oyunçu seçimimiz azdı. Bura gələndə futbolçulara dedim ki, arxanızdayam. Onlara inanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq.
- Düşünmürsüz ki, futbolçular “Neftçi” ilə oyunu ikinci plana salar?
- Əlbəttə, çətin olacaq. 3 gündən bir oyun keçirik. Zədəli ola-ola meydana çıxan futbolçularımız var idi. “Neftçi”yə qarşı sona qədər mübarizə aparacağıq.
- “Sumqayıt” üçün kubok vacibdi, yoxsa Premyer Liqa?
- İstərdik ki, ilk dəfə “Sumqayıt” finalda olsun. Ancaq liqada da sonuncu olmaq istəmərik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin