Ukraynalı məşhur futbol veteranı silaha sarıldı – FOTO
Məşhur ukraynalı veteran futbolçu İqor Belanov Rusiyanın hücumuna məruz qalan Ukrayna uğrunda döyüşlərə qatılıb.
Komanda.az xəbər verir ki, 1986-cı ildə Kiyev “Dinamo”sunun və SSRİ futbol yığmasının hücumçusu kimi Avropanın ən güclü futbolçusu seçilən Belanov əlinə silah alaraq, vətənin müdafiəsinə qoşulub.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin