Azərbaycan millisinin oyunu ispanlara tapşırıldı
Malta və Azərbaycan milli komandaları arasında keçiriləcək yoxlama oyununun hakim təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Alexandro Ernandes matçın baş hakimi olacaq. Ona yan xətdə Xose Naranyo və Angel Nevado köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sezar Soto icra edəcək.
Martın 25-də Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin