“Qalatasaray” Xavini təəccübləndirib
“Barselona”nın baş məşqçisi Xavi “Qalatasaray”la Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu (0:0) haqda fikirlərini bildirib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ispaniyalı məşqçi bunları deyib:
“İkinci hissədə oyunumuzu artırdıq. Rəqibin müdafiədəki güclü oyunu bizi təəccübləndirdi. Onların qapıçısı İnyaki Penya yaxşı təsir bağışladı. Biz son oyunlardakı kimi deyildik. Onların mərkəz müdafiəçiləri fenomenal idilər və bizə qol vurmağa imkan vermədilər. Oyunda diktə etsək də, qol vura bilmədik. Daha yaxşı hücumlar qurmalı idik. Bu, Avropa Liqasıdır. Komandalar bura öz layiqli oyunlarına görə gəliblər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin