“Real” – PSJ matçının ən yaxşıları və ən pisləri
Fransanın “L’Equipe” nəşri Çempionlar Liqasının 1/8 finalının “Real”la PSJ arasındakı cavab matçında (3:1) futbolçuların oyununu qiymətləndirib.
Komanda.az xəbər verir ki, nəşr ən aşağı qiyməti PSJ-nin müdafiəçisi Markinyosa (2) və qapıçı Canluici Donnarummaya (2) verib.
PSJ-də Lionel Messi 6, Neymar 4, Kilian Mbappenin oyunu isə 7 bala layiq görülüb.
Oyunda ən yüksək balı het-trik edən “Real”ın hücumçusu Kərim Benzema qazanıb – 9 bal.
PSJ cavab oyununda (ilk matç 1:0) məğlub olaraq, Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin