“Real”la oyundan əvvəl PSJ-də Mbappe narahatlığı
PSJ-nin hücumçusu Kilian Mbappe “Real”la Çempionlar Liqası matçını buraxa bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu bu gün keçirilən məşqdə zədələnib. Mbappenin durumuna tibbi müayinədən sonra tam aydınlıq gələcək.
Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə “Real” arasında cavab oyunu martın 9-da keçiriləcək. Fransada keçirilən ilk oyunda PSJ 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin