Ukraynalı futbolçu Rusiya klubu ilə müqaviləni pozdu

Ukraynalı futbolçu Dmitri Litvin Rusiyanın ÇSKA klubundan (Xabarovsk) ayrılıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Litvin Rusiya klubuna cari mövsümün əvvəlində keçmişdi. 25 yaşlı futbolçu ÇSKA-da 18 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button