Messi “Barselona”nın yox, “Real”ın futbolçusu ola bilərmiş!

Hazırda PSJ-də forma geyinən Lionel Messi ilə bağlı maraqlı iddia ortaya atılıb.

Komanda.az xəbər verir ki, Fransanın “Le Parisien” nəşrinə danışan ispaniyalı jurnalist Gillem Balaque bildirib ki, Messi 13 yaşı olarkən “Barselona”ya yox, “Real”a keçə bilərmiş.

Messinin həyatı haqda material toplayan Balaquenin dediyinə görə, 2001-ci ildə “Barselona” 600 min avro qarşılığında argentinalı futbolçunun ailəsi ilə anlaşıb. Amma həmin vaxt Kataloniya klubunda idman direktoru dəyişib. Xavyer Perez Farquell Messi ilə anlaşmanı görüncə ona ödəniləcək pulun çox olduğunu deyib və etiraz edib. Həmin dövrdə “Real”ın idman direktoru olan Xorxe Valdano da Messinin transferi üçün hadisələri diqqətlə izləyib. Ancaq “Real” “Barselona” ilə münasibətləri pozmamaq üçün Messiyə görə konkret təkliflə çıxış etməyib. Madrid klubu argentinalı hücumçunun “Barsa” ilə anlaşa bilməyəcəyi təqdirdə onun transferi üçün addım atmağı planlaşdırıb. Amma “Real”ın gözlədiyi baş verməyib, Messi və ailəsi Kataloniya təmsilçisi ilə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button