ABŞ klubu Suaresə təklif göndərdi
“Atletiko”nun futbolçusu Luis Suares karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ilə “İnter Mayami” klubu yaxından maraqlanır. MLS təmsilçisi Suaresə 2 illik müqavilə təklif edib.
Suaresin “Atletiko” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Uruqvaylı hücumçu ilə Braziliyanın “Korintians” klubu da maraqlanır.
“İnter Mayami”nin sahibi İngiltərə millisinin sabiq üzvü Devid Bekhemdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin