Abbasov “Sumqayıt”ın ən böyük çatışmazlığını açıqladı

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, komandasının 0:2 hesabıyla məğlub olduğu qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Bura qələbə arxasınca gəlmişdik. Bu gün üstün oynadıq, amma sonluq çatmadı. Komandamızın ən böyük çatışmazlığı budur ki, son nöqtəni qoya bilmirik. Sona 4 tur qalıb, əlimizi yanımıza sallamamalıyıq. Hələ Kubokda da mübarizə davam edir.
  • Bir sıra aparıcı oyunçularınız zədə səbəbindən yox idilər. Kuboka qədər onlar bərpa olacaqlar?
  • Həqiqətən zədəlilərimiz çox idi. Əfran məşqlərə başlayıb. Elvin zədəli idi. Arif dünən məşqdə zədələndi. Çalışacağıq ki, hazır olsunlar. Çünki Kubok “Sumqayıt” üçün çox önəmli oyun olacaq.
  • Əli Babayev epizodların birində komanda yoldaşlarının üstünə qışqırdı. Ardınca siz ona təpki göstərdiniz. Bundan 1 dəqiqə sonra isə əvəzlənməsini xahiş etdi. Sizə bu cür “zədələnmə” təəccüblü gəlmədi?
  • Yox, oyundan əvvəl də ağrıları var idi. Hətta sarğı ilə çıxmışdı oyuna. Həmin andan 5 dəqiqə əvvəl bildirmişdi ki, ağrılar var, bir az da baxaq. Xeyr, təəccüblü gəlmədi. (sport24)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button