Poçettinoya görə dünyanın ən çətin çempionatı

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino dünyanın ən çətin çempionatının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan argentinalı mütəxəssis, Fransa Liqa 1-ni digər çempionatlardan fərqləndirib:

“Fransa çempionatı çox çətin, keyfiyyətlidir. Məncə, bu liqa fiziki cəhətdən dünyanın ən güclü çempionatıdır. Burda istedadlı oyunçular və əla məşqçilər var. Bütün komandalar digərinə qalib gələ biləcək səviyyədədir.

Fransa çempionatının İngiltərə Premyer Liqasından yaxşı olduğunu demək istəmirəm. Amma burda oyunlar fiziki cəhətdən daha çox güc tələb edir, nəinki Premyer Liqada”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button