Qurban Qurbanovla 400-cü oyun
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 400-cü çempionat matçına çıxıb.
Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 10-cu turuna təsadüf edib. “Sumqayıt”ın qonağı olan Ağdam klubu 49 yaşlı mütəxəssislə yubiley sınağında qalib gəlib – 4:0.
Qurbanovun “Qarabağ”da debütü 2008/09 mövsümünə təsadüf edib. 2008-ci il avqustun 9-dakı səfər matçında ağdamlılar “Bakılı”ya qalib gəlib – 2:1.
Arxada qalan 13 il müddətində Qurbanovlu “Qarabağ” 238 qələbə qazanıb, 101 heç-heçə edib və 61 dəfə uduzub. Bu görüşlərdə onun yetirmələri 876 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin