“Barselona” nümayəndələri Xavi üçün yola düşür
“Barselona” klubunda baş məşqçi postuna əsas namizəd Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavidir.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi ispan mütəxəssisi tezliklə komandanın “sükanı arxasına” gətirmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona” klubunun nümayəndələri yaxın zamanda Qətərin paytaxtı Dohaya gedərək, Xavi və “Əl Sədd” rəsmiləri ilə görüşəcək. Qətərə yollanan heyətdə klubun prezidenti Xuan Laporta yer almayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin