Mbappe qərarını verdi
Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini uzatmayacaq.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu cari mövsümün sonunda Paris klubunu Madrid “Real”ına dəyişmək istəyir.
İddiaya görə, gənc forvard sözləşməni yeniləməməklə bağlı prinsipial qərar qəbul edib. O, klubun təklif edəcəyi maaşdan asılı olmayaraq, PSJ-dən ayrılacaq.
Mbappenin paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin