Məşhur boksçu Ronaldoya ilişdi: “Mançesterdə yaşasaydım, problem olacaqdı”
Böyük britaniyalı boksçu Tayson Fyuri “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo ilə zarafatlaşıb.
Komanda.az xəbər verir ki, “The Sun” nəşrinə danışan Fyuri, Mançesterdə yaşayacağı halda, Ronaldoya problem olacağını deyib:
“Ronaldo “Old Trafford”a qayıtdığı üçün çox xoşbəxtəm. Amma bu şəhər ikimizə çoxdur. Mançesterdə yaşasaydım, problem olacaqdı.
Rinqdə mənimlə döyüşmək istəyən hər kəs üçün üzülürəm. Dövrümün ən yaxşı döyüşçüsü mənəm. Tarixdə hər hansı bir döyüşçünü məğlub edə biləcəyimə inanıram”.
Fyuri peşəkar boksçu karyerası ərzində keçirdiyi 32 döyüşün 31-ni qazanıb, 1 döyüş isə heç-heçə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin