Tayson bir zərbəylə rəqibini aşırdı, titulunu qorudu VİDEO

WBC versiyası üzrə superağır çəkidə dünya çempionluğu uğrunda döyüşün qalibi Tayson Fyuri olub. Britaniyalı peşəkar boksçu Fyuri ABŞ təmsilçisi Deontey Uaylderi nokautla məğlub edib.

Komanda.az xəbər verir ki, bununla da, Fyuri titulunu qoruya bilib. 

Qarşılaşma 11-ci raundda bitib. Belə ki, Tayson başa endirdiyi qüvvətli zərbə ilə rəqibini nokauta salıb.

Bu, Fyurinin peşəkar karyerasında 31-ci qələbə olub. 

Fyuri bu qarşılaşmaya 125,6 kq çəkidə çıxıb. Onun rəqibinin isə 107,6 kq çəkisi olub.

https://www.youtube.com/watch?v=LN_2JrpfAqc
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button