“Fənərbaxça”nın futbolçusu millinin bombardiri oldu

Futbol üzrə Ekvador milli komandası DÇ-2022-nin seçmə mərhələsində Boliviyanı məğlub edib – 3:0.

Komanda.az xəbər verir ki, bu oyun ekvadorlu hücumçu Enner Valensiya üçün əlamətdar olub.

Belə ki, o, komandasının qələbəsində het-triklə pay sahibi olub. Bu üç qol 31 yaşlı forvardı həm də yığmanın ən yaxşı bombardirinə çevirib. Hazırda Valensiyanın hesabında 33 qol var.

Ekvador yığmasında daha əvvəlki bombardir Aqustin Delqado idi. Onun hesabında 31 qol var.

Enner Valensiya Türkiyənin “Fənərbaxça” klubunda çıxış edir. O, bu mövsüm Super Liqada 7 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button