“Halandın “Liverpul”da olmasını istərdim”
“Liverpul”un sabiq futbolçusu Con Arne Rise norveçli hücumçu Erlinq Haland haqda danışıb.
Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi, Dortmund “Borussiya”sında çıxış edən həmyerlisi Halandın “Liverpul”a transfer olmasını istədiyini deyib:
“Əlbəttə, Halandın “Liverpul”da olmasını istərdim. Çünki o, inanılmaz bir oyunçudur. Çox formadadır və məncə, Yurgen Kloppun oyun üslubuna uyğundur. Bundan başqa, Halandın “Liverpul”u sevəcəyinə inanıram. Bilmirəm, bu komandaya keçmək ehtimalı varmı, ya yox. Ancaq varsa, tez rəsmiləşsəydi, yaxşı olardı”.
Haland bu mövsüm “Borussiya” ilə 8 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin