Çempionlar Liqasında həftənin rəmzi komandası
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətə ən çox – 2 futbolçu Rusiyanın “Zenit” klubundan düşüb. Sankt-Peterburq təmsilçisi qrup mərhələsinin 2-ci turunda “Malmö”nü (İsveç) 4:0 hesabıyla məğlub edib.
Qapıçı: Yorqos Atanasiadis (“Şerif”, Moldova);
Müdafiəçilər: Duqlas Santos, Yaroslav Rakitski (hər ikisi “Zenit”), Milan Skriniar (“İnter”, İtaliya);
Yarımmüdafiəçilər: Vanaken (“Brügge”, Belçika), Federiko Kyeza (“Yuventus”, İtaliya), İdrissa Qeye (PSJ, Fransa), Leroy Sane (“Bayern”, Almaniya);
Hücumçular: Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Adeyemi (“Zalsburq”, Avstriya), Darvin Nunyes (“Benfika”, Portuqaliya).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin