Azərbaycan klubunun sabiq futbolçusu: “Mənə “instaqram” vasitəsilə təklif göndərdilər”
“Səbail”in sabiq futbolçusu Ayrton Stati maraqlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Niderland mətbuatına danışan 27 yaşlı sol cinah müdafiəçisi, 2017-ci ilin yayında Azərbaycan təmsilçisindən “instaqram” vasitəsilə təklif aldığını söyləyib:
“2017-ci ildə Azərbaycan klubu “Səbail”dən “instaqram” vasitəsilə inanılmaz təklif aldım. Gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz futbolçu kimi davrandılar. Orda həyat yaxşı idi. Mənə pulumu qaydasında, qəpiyinə qədər ödədilər”.
Ayrton Stati 2017/2018 mövsümündə “Səbail”in formasını geyinib. O, hazırda Niderlandda, “Kozakken Boys”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin