“Deyəsən, van Daykın barmağını sındırdım” – Haland
Norveç millisinin üzvü Erlinq Haland DÇ-2022-nin seçmə mərhələsində Niderlanda qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçu, oyun zamanı rəqib komandanın müdafiəçisi Vircil van Daykla yaşadığı bir epizodla bağlı bunları deyib:
“Deyəsən, van Daykın barmağını sındırdım. Mənə “lənət olsun, barmağımı sındırdın” dedi. Bunu necə etdiyimi bilmirəm, bir fikrim yoxdur. Ancaq heç nəyi yox idi, yaxşı görünürdü”.
Oyundan sonra van Dayk barmağının çıxdığını deyib.
Norveç – Niderland matçı 1:1 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin