“Sumqayıt”dan rekord göstərici

“Sumqayıt” klubu tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, ilk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib.

Premyer Liqada 2011-ci ildə debüt edən “kimyaçılar” əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” və “Xəzər Lənkəran”la görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.

Son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, birində uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button