“Atletiko”nun futbolçusu əməliyyat olundu

Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Joao Feliks əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçunun sağ ayağından əməliyyat keçirdiyi və azı 2 ay bərpa dövrü keçəcəyi açıqlanıb. 21 yaşlı futbolçunun yaşıl meydanlara dəqiq dönüş tarixi bəlli deyil.

Qeyd edək ki, Feliks 2019-cu ildən “Atletiko”nun uğurları üçün çalışır. O, daha öncə Portuqaliyada “Benfika”nın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button