“Sabah” legioneri ilə vidalaşdı
“Sabah” klubu futbolçusu Mario Marina ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsini yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2020-ci ilin yanvarından “Sabah”da çıxış edən Marina ötən mövsüm Premyer Liqada 23 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin